Bakıda sənaye istehsalı artıb

 13:02 04.08.2021     2882

Bu ilin yanvar-iyun aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artaraq 18,7 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, sənaye məhsulunun 75,7%-i mədənçıxarma, 21%-i emal, 2,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olununb.

Məlumata görə, hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2021-ci il vəziyyətinə 354,8 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Vumart və Güvən reklamı Vumart Güvən