Paytaxtda tikinti materiallarının istehsalı artıb

 17:09 05.08.2021     267

2021-ci ilin yanvar-iyun aylarında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə 38,4 faiz artaraq 250,3 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 54,5 faiz, tikinti gipsinin istehsalı isə 39,3 faiz artıb.