Sərnişin daşımaları kəskin azalıb - TRACECA Azərbaycan

 14:47 26.08.2021     354

Cari ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 34 777 min sərnişin daşınıb, bu da illik müqayisədə 58,6% azdır.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə bu göstərici 84 060,2 min nəfər səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində sərnişin dövriyyəsi isə 690,7 milyon sərnişin-km olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 59% azdır. 2020-ci ilin birinci yarısında bu göstərici 1 685,7 milyon sərnişin-km təşkil edib.