Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 26-da 70,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır.
Bu barədə Redaktor.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.