Sığorta bazarının böyümə tempi artıb

 13:12 27.08.2021     170

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 528,258 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,8% çoxdur.

Hesabat dövründə şirkətlər tərəfindən ödənilən sığorta haqlarının həcmi isə illik ifadədə 32,6% artaraq 301,179 mln. manat təşkil edib.