Neft qiymətlərinin artım tempi yüksəlib

 17:03 27.08.2021     101

Dünya bazarlarında neft qiymətlərinin artım tempi cümə günü günortadan sonra bir qədər yüksəlib, bu da investorların tropik "Ida" qasırğasının Meksika körfəzinə yaxınlaşacağı gözləntiləri ilə əlaqəlidir.

Redaktor.az-ın məlumatına görə, bunu ticarət göstəriciləri və analitiklərin şərhləri sübut edir.

Məlumata görə, qasırğa neft tədarükünə təsir göstərə bilər.

Bakı vaxtı ilə saat 16:42-ə olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,92% artaraq 1 barelə 71,53 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,34% artaraq 69 dollar təşkil edib. //Report.az