Dövlət şirkəti gəlirlərinin həcmini açıqlayıb

 21:23 27.08.2021     108

“AzerGold” QSC qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 milyon dollar vəsait cəlb edib. 

Səhmdar Cəmiyyətdən Redaktor.az-a verilən məlumata əsasən, bu da 2019-cu illə müqayisədə 27,9 faiz (24,04 milyon dollar) çoxdur.

Şirkətin 2020-ci ildə ümumi mənfəəti 2019-cu illə müqayisədə 43,04 milyon dollar və ya 141,3 faiz artaraq 2020-ci ildə 73,5 milyon dollarından çox olub.

Cəmiyyətin xalis mənfəəti isə 2019-cu illə müqayisədə təqribən 35,8 milyon dollar (287,3 faiz) artaraq 2020-ci ildə 48,2 milyon dollardan çox olub.

“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 milyon dollar olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 milyon dolları (255,9 faiz) artaraq 98 milyon dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 milyon dolları ötüb.

Hesabat ilində 29,6 milyon manat məbləğində xalis mənfəət QSC tərəfindən investisiya fəaliyyəti üzrə istifadə olunub.