Dünya fond bazarlarının əsas indeks göstəriciləri

 13:57 28.08.2021     178

Avqustun 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,69% – 35,455.80 bəndədək, S&P 500 indeksi 0,88% – 4,509.37 bəndədək, Nasdaq indeksi isə 1,23% – 15,129.50 bəndədək yüksəlib.

Redaktor.az-ın məlumatına görə, Avropa fond bazarlarında avqustun 27-də FTSE 100 indeksi 0,32% – 7,148.01 bəndədək, Fransanın CAC-40 indeksi 0,24% – 6,681.92 bəndədək, Almaniyanın DAX indeksi isə 0,37% – 15,851.75 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,54% artaraq 1 819,5 dollara bərabər olub. //APA