Avropada qazın qiyməti pik nöqtəyə yaxınlaşıb

 14:59 30.08.2021     373

Avropada təbii qazın qiyməti hərraclar zamanı yeni rekordu təzələyib, belə ki, mavi yanacağın qiyməti min kubmetr üçün 598 ABŞ dollarını keçib.

Redaktor.az-ın məlumatına görə, qiymətlər Rusiyanın “Qazprom” şirkətinin sentyabr ayı üçün Ukrayna ərazisi ilə əlavə 4,3% tranzit nəql həcmlərinin sifariş etmək qərarı ilə bağlı xəbərlərlə əlaqəlidir.

Belə ki, avqustun 30-da Avropa fyuçers bazarında qazın qiyməti (min kubmetr üçün) hərracları 600 dollar civarında açıb.

Daha sonra bu göstərici 590 dollardan bir qədər artıq səviyyəsində korrektə olunub.