“KOB növbə” tətbiqi ilə sahibkarlar vaxta qənaət edir

 17:25 30.08.2021     103

Yevlax və Xaçmaz KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə etməklə, vaxta qənaət edə bilərlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yevlax, Xaçmaz və ətraf regionlarda fəaliyyət göstərən sahibkarları bu məqsədlə yaradılmış “KOB növbə” tətbiqindən yararlanmağa dəvət edir.

Redaktor.az xəbər verir ki, sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər.

“KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır.

Qeyd edək ki, 2021-ci ilin birinci yarısında Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 15 276 dövlət - biznes (“G2B”) və 1 004 biznes-biznes (“B2B”) olmaqla, ümumilikdə 16 280 xidmət göstərilib. Hazırda KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs