"Azərkosmos" bu il 29 mln. manatlıq xidmət ixrac edib

Bu ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Redaktor.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92%-i təşkil edib.
"2021-ci ilin iyul ayında isə "Azərkosmos" ASC dünyanın 24 ölkəsinə 6,7 mln. dollar dəyərində xidmət ixrac edib", - məlumatda qeyd edilir.