"OPEC+" neft hasilatını artırmağı tövsiyə edib

 20:12 01.09.2021     382

“OPEC+” Nazirlər Monitorinq Komitəsi neft hasilatının artırılması planına riayət etməyi tövsiyə edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.

“OPEC+” Monitorinq Komitəsinin bu gün bir saatdan az davam edən iclası başa çatıb. Nazirlər “OPEC+” ölkələrinə neft hasilatını sutkada 0,4 mln. barel artırmaq üçün iyul ayında qəbul edilmiş plana riayət etməyi tövsiyə ediblər. İyul qərarına görə, “OPEC+” ölkələri 2022-ci ilin sentyabrına qədər avqust ayından bu yana neft hasilatını ayda 0,4 mln. barel artırır. Bu, 2020-ci ilin may ayından etibarən azaldılmış neftin həcmini bazara qaytarmağa imkan verəcək. //APA