Azərbaycan avtodilerlərinin satışları kəskin artıb

 17:42 02.09.2021     115

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı ixtisaslaşdırılmış avtomobil mağazaları (avtomobil dilerləri) pərakəndə ticarət şəbəkəsində 104,705 mln. manat dəyərində avtonəqliyyat vasitələri satıb.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur.

Qeyd edək ki, təkcə cari ilin II rübündə sözügedən avtodilerlər 60,625 mln. manatlıq avtomobil satıblar. Bu da I rüblə müqayisədə 37,5%, ötən ilin eyni rübü ilə müqayisədə isə 81,7% çoxdur. //APA