Azərbaycan nefti bahalaşdı

 12:06 03.09.2021     394

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Redaktor.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,64 dollar artaraq 73,96 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən