Daha 13 ölkədən uçuşlara icazə verilir - Azərbaycan

 20:46 03.09.2021     414

Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;
- Estoniya Respublikası;
-.Finlandiya Respublikası;
- Fransa Respublikası;
- Honq-Konq (ÇXR);
- Xorvatiya Respublikası;
- İslandiya Respublikası;
- İtaliya Respublikası;
- Latviya Respublikası;
- Malayziya;
- Səudiyyə Ərəbistanı Krallığı;
- Yaponiya.