SOCAR Ağdamda yanacaqdoldurma məntəqəsi açdı - FOTO

 12:39 06.09.2021     423

İşğaldan azad edilmiş Ağdamda SOCAR brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

Bu barədə Redaktor.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O qeyd edib ki, bu, SOCAR-ın sayca 40-cı yanacaq doldurma məntəqəsidir:

“YDM-in istifadəyə verilməsi Qarabağda quruculuq işlərinin həyata keçirildiyi bir vaxtda nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi üçün olduqca əhəmiyyətlidir”. 

SOCAR rəsmisinin sözlərinə görə, modul tipli məntəqədə “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək.