Azərbaycan Moskvada keçirilən turizm sərgisində iştirak edir

 11:55 07.09.2021     385

Bu gün Rusiyanın paytaxtı Moskvada “Отдых Leasure 2021” – turizm üzrə beynəlxalq forum və sərgi işə başlayıb.

Redaktor.az xəbər verir ki, tədbir sentyabrın 9-na qədər davam edəcək.

Forum-sərgidə Azərbaycan da təmsil olunur. Ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin, yerli turizm şirkətlərinin nümayəndələri təmsil edir.