İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçirildi

 18:40 07.09.2021     137

Sentyabrın 7-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108028884 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Redaktor.az-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8936 AZN (7.5 faiz) və 102.2623 AZN (5.9699 faiz) olan 20 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 102.2623 AZN (5.9699 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64 milyon 472 min 400 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il sentyabrın 1-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 8-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.