Dövlət büdcəsi 29 milyard manata yaxın olacaq

 19:25 08.09.2021     906

Gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 407 milyon manat, xərclərinin isə 28 974 milyon manat olacağı gözlənilir.

Redaktor.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 3,8% və 1,5% çoxdur.

Son nəticədə dövlət büdcəsində 2 567 manat kəsir yaranacaq.

Büdcə gəlirlərinin 52,4%-i neft, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcək. Neft gəlirlərinin 85,7%-i Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 14,3%-i isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək.

Büdcə xərclərinin isə 68,7%-ni cari xərclər, 24,7%-ni əsaslı xərclər, 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək. //Report