Azərbaycanda bank kartlarının sayı AÇIQLANDI

 18:24 14.09.2021     857

2021-ci il iyunun 30-a olan vəziyyətə görə, Azərbaycanda ödəmə kartlarının sayı 10,4 milyon ədəd təşkil edib.

Redaktor.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, təmassız kartlarln sayı 5,4 milyon ədədə çatır və ümumi ödəmə kartlarının 51,9 faizini təşkil edir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə ödəmə kartlarının sayı 1,77 milyon ədəd (16 faiz), təmassız kartların sayı isə 1,242 milyon ədəd (2,3 dəfə) artıb.

Bu ilin birinci yarısıında nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55,6 faiz artaraq 4,5 milyard manat təşkil edib. Bu ödənişlərdən 55 faizi və ya 2,48 milyard manatı elektron ticarətin, 40 faizi və 1,8 milyard manatı POS terminalların, 5 faizi və ya 2,2 milyon manatı isə bankomat və ödəmə terminallarının payına düşüb.