SOCAR benzinin bahalaşmasının səbəbini AÇIQLADI

 09:35 15.09.2021     571

Azərbaycanda AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Redaktor.az bunu SOCAR PETROLEUM mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli deyib.

Onun sözlərinə görə, idxal olunan ölkədə qiymət artımı ilə əlaqədar olara ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş verib. Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM”markalı yanacaq növlərinin qiymətində artım baş verib. Beləliklə “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat təşkil edir.