Banklar üçün yeni öhdəlik müəyyənləşir

 12:17 15.09.2021     801

Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının surətini auditor rəyi ilə birlikdə hər hansı şəxsə onun müraciəti əsasında pulsuz təqdim edəcək.

Redaktor.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Analoji dəyişiklik “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığortafəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlara da təklif olunur.

Başqa sözlə, maliyyə institutları illik və birləşdirilmiş maliyyə hesabatlarının surətini vətəndaşların müraciəti əsasında onlara pulsuz təqdim etməlidirlər. //APA