Azərbaycan avtomobil istehsalını 4 faiz artırıb

 12:29 15.09.2021     1787

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 228,1 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,8 % artıb.

Yanvar-avqust aylarında 1 214 ədəd və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 ədəd və yaxud 3,8 % çox minik avtomobili istehsal olunub. Bu il sentyabrın 1-nə ölkədə 239 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 8 ayı ərzində Azərbaycanda 432 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,6 dəfə çoxdur. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 59 ədəd hazır məhsul ehtiyatı yaranıb. //Report