"Benzinin bahalaşması insanların vəziyyətini daha da çətinləşdirəcək" - Deputatdan REAKSİYA

 13:37 15.09.2021     849

"Azərbaycanda benzinin il ərzində bir neçə dəfə bahalaşması Azərbaycan vətəndaşlarının sosial vəzyyəti ilə uyğun deyil"

Bu fikirləri Redaktor.az-a açıqlamasında “Aİ-95” ("Premium") və “Aİ-98” ("Super") markalı benzinin qiymətləri bahalaşmasına münasibət bildirən deputat Razi Nurullayev deyib. O qeyd edib ki, bu qərar insanların vəziyyətini daha da çətinləşdirəcək:

"Biz dünya iqtisdiyyatı ilə rəqabətə giririk, hansısa ölkədə benzin bahalaşanda, biz də qiyməti qaldırırıq. Mən bunu anlaya bilmirəm. Hökumət çalışmalıdır ki, Azərbaycan vətəndaşının da yaşayış minumumunu ödəyəcək qədər qazancı olsun. Rəqabətli iş yerləri yaradılsın. Bu baxımdan mən növbəti dəfə benzinin bahalaşmasından narahatlığımı ifadə edirəm. Bilirəm ki, vətəndaşların çoxu bu fikirdədir". 

Oral Mədənçi / Redaktor.az