Xarici ticarət dövriyyəsinin müsbət saldosu 75 faiz artıb

 19:10 15.09.2021     251

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 284 862,1 min. ABŞ dolları təşkil edib. Bu illik müqayisədə 22,4% çoxdur.

Bu barədə Redaktor.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

İlin ilk yarısında ixrac 12 935 338,63 min. dollar, idxal isə 7 349 523,51 min. dollar təşkil edib. İllik ifadədə Azərbaycanın ixracı 30,9%, idxal isə 9,8% artıb.

Hesabat dövründə 5 585 815,1 min. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötə ilin analoji dövrü ilə müqayisədə 75,1% çoxdur.