Baş nazirin qərarı çörəyin qiymətinə necə təsir edəcək? - AÇIQLAMA

 16:18 16.09.2021     736

Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarda qeyd olunur ki, dəyişikliklə un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un 2 istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

(Qərarın tam mətni https://redaktor.az/news/country/144972-bas-nazirden-bugda-ve-unun-qiymeti-ile-bagli)

İqtisadçı ekspert Naqit Cəfərli Redaktor.az-a açıqlamasında bildirib ki, sözügedən qərarın ifadəsi qarışıq və anlaşılmazdır. İkincisi, sözügedən qərar çörəyin qiymətinin bahalaşmasına təsir etməyəcək:

"Çünki subsidiyalar artıq keçmiş aylara verilir, o ayların unu ələnib, xəlbiri göydə oynayır. Ölkə özünü buğda ilə təmin edə bilmir, xaricdən, əsasən də Rusiyadan asılıyıq, Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir. Yəni, qiymət, 100 avrodursa, 50 avro rüsum, yol xərci ödəyib taxıl alırsan, bu da təbii ki, qiymətlərin artmasına səbəb olur".

Oral Mədənçi / Redaktor.az