Rusiya Azərbaycandan alma idxalına icazə verdi

 17:37 28.09.2021     519

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") sentyabrın 30-dan etibarən Azərbaycanın daha beş müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Bildirilib ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, hazırda ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən Azərbaycanın 70 alma istehsalı müəssisəsinə Rusiyaya məhsul ixracına icazə verilib.