Pakistanın ilk sınaq yük maşınları Azərbaycana gələcək

 16:49 29.09.2021     297

Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq.

Redaktor.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) verilən məlumata görə, bu münasibətlə Bakıda rəsmi tədbir təşkil ediləcək.

Bu gün ABADA rəhbərliyi ilə keçirilən görüşdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee qeyd edib ki, yaxın günlərdə Pakistandan Azərbaycana nümayəndə heyəti gələcək.

Tərəflər arasında aparılan müzakirələr zamanı 2005-ci ildə ölkələr arasında imzalanan "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Memorandum barədə də məlumat verilib. ABADA rəhbərliyi səfirin daşımaların icrası zamanı sərhəddə tətbiq olunacaq prosedur qaydaları barədə suallarını cavablandırarkən, gələcəkdə "İcazə vərəqə"lərinin mübadiləsi zamanı bu prosedur sayının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb (apa).