"Azəriqaz" rəhbəri bu müsabiqənin qalibi oldu

 16:31 30.09.2021     527

I milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri məlum olub.

Redaktor.az bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaliblərin seçilməsi üçün keçirilən səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib. Qaliblər sırasında “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev 79% səslə I yerin sahibi olub.

Müsabiqənin qalibləri 1 sentyabr - 19 sentyabr tarixləri arasında müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermənin nəticəsinə görə müəyyən edilib. 13 mindən artıq səsverənin iştirakı həm idarəçilərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir.