Neftimiz bahalaşır

 09:37 02.10.2021     240

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 80,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır (trend).