"Azəriqaz" rəsmiləri Şəmkirə gedir - SƏBƏB

 09:01 06.10.2021     215

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası bu dəfə Şəmkir rayonunda təşkil olunacaq.

Birlikdən Redaktor.az-a verilən məlumata görə, "Azəriqaz"ın Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutacaq aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərini maraqlandıran sualları cavablandıracaqlar.

Əliyaqublu kəndində (Bələdiyyə binasının qarşısında) “Səyyar qəbul otağı” oktyabrın 8-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. Qeyd edilir ki, istənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

2