“Azəriqaz”da 5 beynəlxalq İSO standartı üzrə sertifikatlaşdırma auditi keçirilir

 15:44 06.10.2021     126

Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində TÜV AUSTRİA-nın törəmə şirkəti olan “TÜV Austria Azərbaycan” MMC 5 Beynəlxalq İSO standartı üzrə sertifikatlaşdırma auditinin keçirilməsinə başlayıb.

Redaktor.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Azəriqaz” ölkə ərazisində aparılan geniş miqyaslı qazlaşma, mövcud qaz şəbəkələrinin əsaslı təmiri və yenidənqurma işləri ilə yanaşı, beynəlxalq idarəetmə sistemlərinin tətbiqi üzrə də bir sıra işlər həyata keçirir və hal-hazırda da bu işlər davam etdirilir.

Görülmüş işlərin nəticəsi olaraq Birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarə edilməsi sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb və bu sistemlərin tətbiqi həyata keçirilib.

Eyni zamanda cari ildə ISO 45001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə beynəlxalq standarta keçid edilərək müvafiq sənədləşmə işləri aparılıb və fəaliyyət prosesi zamanı təhlükəsiz əməliyyatların həyata keçirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib.