“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat oldu - FOTO

 16:30 08.10.2021     1038

30 oktyabr 2011-ci il tarixində fəaliyyətə başlayan, istehsal gücünə görə Cənubi Qafqazın ən qabaqcıl alkoqollu və alkoqolsuz içkilər istehsalçısı olan “AZGRANATA” MMC-yə yeni sədr təyinatı olub.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Redaktor.az-a verilən məlumatda qeyd edilir ki, şirkətin yeni təyin edilən İdarə Heyətinin sədri təcrübəli idarəçi Ceyhun Bəxtiyarlıdır.

1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alan C.Bəxtiyarlı, “Arsenal Group”, “Nestle”, “Atena” kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

2