Avropada qazın qiyməti yenidən artıb

Avropada qazın qiyməti bazar ertəsi ticarətin açılışında 1000 kubmetr üçün 960 dollardan yuxarı qalxıb.
Redaktor.az xəbər verir ki, Dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 962,2 dollara qədər artıb (və ya MVt/saat üçün 80,5 avro)
Avropada qazın qiyməti anbarların aşağı doluluğu fonunda yüksəlib. Bu payızda qazın qiyməti təxminən 2000 dollaradək yüksəlmişdi.
Müşahidəçilərin fikrincə, böhrana səbəb kompleks amillər olub. Onlardan biri Asiya bazarında kotirovkaların artmasına, eləcə də tədarükün Avropa istiqamətindən xaricə çıxmasına səbəb olan Asiyada qaza tələbatın kəskin artmasıdır. Avropada külək enerjisi istehsalının payının azalması vəziyyəti daha da ağırlaşdırıb.
Lakin qaz bazarında yüksək volatilliyin əsas səbəbi qaz anbarlarının aşağı doluluq göstəricisi olub. Oktyabrın ortalarına olan məlumata görə, Avropanın yeraltı qaz anbarları 71%-i ilə doludur.