Növbəti üç il ərzində proqnozlaşdırılıan inflyasiya səviyyəsi AÇIQLANDI

 16:22 08.11.2021     709

Növbəti üç il ərzində Azərbaycanda orta inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində deyilir.

Proqnozda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin sabitliyinin qorunması üçün həyata keçirilən siyasət, eləcə də dünya bazarlarında qiymətlərin gözlənilən sabitləşməsi nəzərə alınır.

Qeyd edək ki, 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda inflyasiya altı faiz səviyyəsində gözlənilir.