Qarabağın bərpası üçün ayrılacaq vəsait AÇIQLANDI

 13:30 10.11.2021     120

2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır. Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılan Zəfəri qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun bizə bəxş etdiyi bu Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf və bərpa dövrü başlanıb.

Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam edir.

"Prezident İlham Əliyevin tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub", - S.Şərifov qeyd edib.