Azərbaycan qaz hasilatını artırıb

 09:54 16.11.2021     69

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 mlrd. manat olub, bu da illik müqayisədə 1,6% çoxdur.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 28 727,7 min ton, əmtəəlik təbii qaz hasilatı isə 26 427,9 mln. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı illik müqayisədə 0,1% azalıb, əmtəəlik qaz hasilatı isə 22% artıb.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda 28 779,8 min ton neft (–0,3%) və 35 753,1 mln. kubmetr qaz (+17%) hasil edib.