Orta aylıq əməkhaqqının 807 manata çatması gözlənilir - Nazir

 13:21 16.11.2021     78

"Növbəti ilin dövlət büdcəsi qarşıya qoyulan strategiyanın ilk büdcəsi olacaq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığını artması gözlənilir:

“Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta aylıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.