“AZGRANATA” 10 illik yubileyi münasibətilə yeni məhsul satışa buraxdı - FOTO

 16:43 18.11.2021     557

“AZGRANATA” MMC fəaliyyətinin 10 illik yubileyi münasibətilə yeni məhsul istehsal edib.

Bu barədə Redaktor.az-a şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli məlumat verib. O bildirib ki, məhdud sayda olan yüksək keyfiyyətli “10 Years Anniversary” vodkası artıq satışdadır.

Özünün fərqli adı, dizaynı, yumşaq dadı və aroması ilə fərqlənən “10 Years Anniversary” vodkası “AZGRANATA” MMC tərəfindən xüsusi texnologiya əsasında istehsal olunur. Bu vodkanın hazırlanmasında Belarusiyadan gətirilmiş yüksək keyfiyyətli xüsusi sort buğdadan alınan “Alfa” tipli etil spirtinin qızardılmış çovdar cövhəri ilə qarışığından, Böyük Qafqaz sıra dağlarından süzülərək gələn bulaqların “əks osmos” üsulu ilə təmizlənmiş suyundan istifadə edilib", - deyə Ü.Günəşli qeyd edib.

Onun sözlərinə görə, daha yumşaq dada malik olması üçün bu vodkaya keçi südü və təbii bal əlavə edilərək 25 gün müddətində dincdə saxlanılıb: "Sonuncu mərhələdə isə vodka ən müasir avadanlıqlar vasitəsilə süzülərək qablaşdırılır".

Ü.Günəşli bildirib ki, bu vodkanı yanlız "AZGRANATA" MMC-nin firma mağazalarından əldə etmək mümkündür.

222