Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA

 10:44 25.11.2021     1025

Xəbər verdiyimiz kimi, gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Bəs görəsən, bu dəyişiklik avtomobil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan avtomobil eksperti Ərşad Hüseynov bildirib ki, dünya bazarında avtomobilin qiymətinə təsir edən qlobal səbəblər var: 

"Əgər təklif olunan qanun layihəsi Milli Məclisdə qəbul olunarsa, son üç il ərzində istehsal edilən və mühərrikinin iş həcmi 2550 kub.sm olmayan hibrid avtomobilllər növbəti  üç il üçün ƏDV-dən azad edilir. Avtomobillərin qiymətini qaldıran əsas məqam idxaldır. Bəzi şəxslər gedib xaricdən avtomobil gətirir. 18 faiz ƏDV avtomobillərin qiymətinə ciddi şəkildə təsir edir. Ona görə də yeni hibrid avtomobillər ucuzlaşa bilər. Dünya bazarında avtomobilin qiymətinə təsir edən qlobal səbəblər var. Hazırda bütün dünyada bahalaşma gedir. Biz də bu bahalşmadan təsirlənirik. Azərbaycanda avtomobil istehsal olunmadığına görə idxal edilən avtomobillərin start qiyməti xaricdəki qiymətlərdən asılı olaraq dəyişir".

Ekspert bildirib ki, xaricdə avtomobil qiymətləri bir qədər də bahalaşarsa, Azərbaycana gətirilən avtomobillərin gömrük dəyəri daha da bahalaşacaq:

"Həmin qərar qəbul olunarsa, hibrid avtomobillərin məhdud hissəsinin qiymətinin ucuzlaşması deməkdir. Təbii ki, bazarın buna necə reaksiya verəcəyi bəlli deyil. Hazırda Azərbaycan avtoparkında istifadə edilən hibrid avtomobillərin əksəriyyətinin istehsalı 3 ildən çoxdur. Bu yenilik onların qiymətini ucuzlaşdırmayacaq. Onlara hələlik heç bir güzəşt nəzərdə tutulmur".

Şəbnəm Mehdizadə