Bu məhsullara tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadıldı

 18:00 30.12.2021     129

Azərbaycana idxal edilən xurma, meyvə-tərəvəz şirələri, meyvə-tərəvəz suyu və energetik içkilərə tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, həmin məhsulların idxal rüsumlarının qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılıb.