Hibrid avtomobillərin idxalı və satışı vergidən azad edildi

 10:39 01.01.2022     330

Bu gündən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib.

Redaktor.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib.