"Kanal İstanbul" üzrə işlər 2022-ci ildə sürətləndiriləcək - NAZİR

 18:13 02.01.2022     187

"Kanal İstanbul" layihəsi üzrə işlər 2022-ci ildə daha da sürətlənəcək.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Bolu əyalətinə səfəri zamanı bildirib.

"Biz layihəyə 2021-ci ildə start verdik və 2022-ci ildə gündəmimizin əsas məsələlərindən olan "Kanal İstanbul" üzrə işləri sürətləndirmək olacaq", - deyə Karaismailoğlu vurğulayıb.

Nazir əlavə edib ki, layihə Türkiyənin qlobal logistikadakı rolunu artıracaq və qlobal gəmiçilik sənayesinə yeni impuls verəcək.