Neft bahalaşdı

 10:40 03.01.2022     217

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Redaktor.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,9 faiz bahalaşaraq 78,48 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,9 faiz artaraq 75,89 dollar olub.