Neft bahalaşdı

 20:54 05.01.2022     364

Dünya birjalarında “Brent” markalı neftin qiyməti 81 dolları ötüb.

Redaktor.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 81,05 dollar olub.

Beş dəqiqə ərzində bu markalı neftin qiymətində 1,43 faiz artım qeydə alınaraq 81,14 dollara çatıb.

Qeyd edək ki, “Brent” neftinin qiyməti sonuncu dəfə ötən il noyabrın 26-da 81 dolları ötüb.