Bolqarıstan pulunu dəyişir

 22:42 07.01.2022     109

Bolqarıstan 2024-cu il yanvarın 1-də vahid Avropa valyutasına keçidi başa çatdıracaq.

Redaktor.az xəbər verir ki, bunu Bolqarıstan Baş nazirinin müavini və maliyyə naziri Asen Vasilyev deyib.

"Hazırda biz avronun dövriyyəyə buraxılmasına texniki cəhətdən tam hazırıq, yalnız yerinə yetirilməli olan bəzi kiçik məsələlər qalıb", - deyə maliyyə naziri parlament deputatlarının sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, avronun dövriyyəyə buraxılmasına beş ay qalmış və bundan bir il sonra mağazalarda qiymətlər Bolqarıstanın milli valyutası olan lev və avro ilə göstəriləcək. Ölkə avrozonaya qoşulduqdan sonrakı bir ay ərzində həm avro, həm də lev ilə ödəniş etmək mümkün olacaq. Altı ay ərzində isə əhali milli valyutanı avroya pulsuz dəyişə biləcək.