Banklar dolların alış qiymətini qaldırıb

 12:23 12.01.2022     532

İqtisadçı ekspert Samir Əliyev bəzi banklarda dolların alış qiymətinin qalxması barədə məlumat paylaşıb.

Redaktor.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.

O bildirib ki, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil:

“İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlısı odur ki, satış bahalaşmayıb. Satış qiymətindəki limiti sanki aşmağa qoymurlar. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Qeyd edək ki, hazırda Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, dolların satış qiyməti 1.70-dir.