"Yaxın zamanlarda valyuta məzənnəsi ilə bağlı dəyişikliklər real görünmür" - Natiq Cəfərli

 21:05 15.01.2022     986

"Azərbaycanda məzənnənin dövlət və Mərkəzi Bank tərəfindən tənzimləndiyini, inzibati qaydada müəyyənləşdirildiyini nəzərə alaraq, belə bir qərarların ancaq Mərkəzi Bank və hökumət tərəfindən qəbul olunması mümkündür. Azərbaycanda uzun müddətdir ki, inzibati tənzimləmə həyata keçirilir və sabit məzənnə rejmi tətbiq olunur".

Bu sözləri Redaktor.az-a iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə tədiyyə balansında müsbət saldonun yüksək olduğunu, neftin qiymətini 85 dollar olduğunu, Azərbaycanda yüksək inflyasiyanı, hökumətin bu məsələ ilə bağlı ciddi mübarizə apara bilmədiyini və qiymətlərin kəskin artdığını nəzərə alaraq, yaxın zamanlarda valyuta məzənnəsi ilə bağlı hansısa bir qərarın qəbul olunması real görünmür.

"Yəni, düşünmürəm ki, indiki vəziyyətdə hökumət bununla bağlı hansısa bir qərar alsın. Çünki, dediyim kimi, neftin qitməti də yüksəkdir, tədiyyə balansında da müsbət saldo var və infilasiyanın da yüksək olduğunu nəzərə alaraq, əgər məzənnə də dəyişsə, qiymətlər sürətli şəkildə arta bilər.

Bu da, çox ciddi sosial narazılıqların yaranmasına səbəb ola bilər. Ona görə də, ən azı bu il ərzində, neftin qiymətlərinin yüksək qaldığı dövrdə hansısa bir devalivasiya addımlarının atılacağını düşünmürəm və hökumətin bu addımı atacağı, ümumiyyətlə, real görünmür", - deyə iqtisadçı bildirib.

Sübhan Şərif