Mis dünya üçün “yeni neft” və hətta “yeni qızıl” olacaq... - Əlişir Usmanov
“Aşağı karbonlu iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq, yaxın illərdə misə tələbat art;b təklifi üstələyəcək. Beləliklə, bu metal dünya üçün "yeni neft" və ya hətta "yeni qızıl" olacaq. “
Redaktor.az xəbər verir ki, bu proqnozu Dünya İqtisadi Davos Forumuna üçün yazdığı məqalədə rusiyalı milyarder, "USM qrup"un əsas səhmdarı Əlişir Usmanov verib.
O, iddiasını misdən birbaşa asılı olan sahələrin siyahısı artması ilə ilə əsaslandırııb. Bunlar telekommunikasiya, elektrik nəqliyyat vasitələri və akkumulyatorlar, bərpa olunan enerji sistemləri, karbon filtirləridir.
Usmanov 2040-cı ilə qədər mis, nikel və qrafitin minerallara tələbatda üstünlük təşkil edəcəyini gözləyən Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinad edib.
Öz növbəsində, “Bank of America” 2030-cu ilə qədər karbon tullantılarını sıfıra endirmək üçün lazım olan texnologiyaların hesabına illik mis istehlakının 3,6 faizə çatacağını gözləyir.
İLTİFAT












