Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlandı

 03:35 21.01.2022     372

Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ötən il informasiya və rabitə sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən